Günəşin nağılı

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu. Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu