Ay işığı

5 avqust 1850-ci ildə Qustav de Mopassanın ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş - Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. Hətta onun ədəbiyyata gəlişi "Gonbul" əsəri ilə olub.On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ci ildə kollecdən məzun olmuş və orduya qoşulmuşdur.

Dondurmadan saray tikmiş nağılbaz

Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır. “Celsomino Yalançılar Ölkəsində” Canni Rodarinin ikinci uşaq romanıdır.

Fil balası

Cozef Redyard Kiplinq Hindistanda, Bombey Gözəl Sənətlər məktəbinin rektoru Con Lokvud Kiplinqin ailəsində doğulmuşdu. Valideynlərinin hər ikisi yaradıcı peşə sahibləri idilər. Atası heykəltəraş və tətbiqi sənət mütəхəssisi kimi tanınırdı. Anası isə yerli jurnallarda etnoqrafik yazılar və hekayələr çap etdirirdi.

Əfsanə

Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Mississippi Çayı boylarındakı Hannibala şəhərinə daşındı. İrəlidə yaradacağı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənərək yazılmışdı. Biznesmenlik və vəkillik edən atasını on bir yaşında ikən sətəlcəmdən itirincə məktəbini buraxıb köməkci olaraq bir mətbəədə işə başladı. 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzetdə yazarlıq etməyə başladı; yazılara da kömək edir və yumorlu məqalələr yazırdı

Sehrli nağıl

Ç.Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç.Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.