Məmurun ölümü

Bir gün axşam ekzekutor* İvan Dmitriç Çervyakov ikinci sıra kresloda oturub durbin ilə “Kornevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən… hekayələrdə lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi…

Qüssə

Axşam toran qovuşmuşdu. İri, sulu qar dənələri yeni yanmış fənərlər ətrafında tənbəl-tənbəl fırlanaraq, nazik və yumşaq laylarla damların üstünə, atların belinə, adamların çiyinlərinə və papaqlarına tökülür. Faytonçu İona Potapov başdan-ayağa xəyal kimi ağappaqdır. O, canlı adamın əyilə biləcəyi qədər belini əyərək, qozlada oturmuş və tərpənmir. Böyük bir qar qalağı üstünə düşsə belə, yəqin ki, onu öz üzərindən çırpmağı lazım bilməz. Onun atcığazı da ağ və hərəkətsizdir. Öz hərəkətsizliyi, biçimsizliyi və ağac kimi dümdüz ayaqları ilə bu at hətta yaxından baxanda belə bir qəpiyə satılan qoğal atcığazlara oxşayır.

Dünyanın ən gözəl ölüsü

Uşaqlar sahilə sarı qaramtıl, naməlum bir şeyin yaxınlaşdığını görəndə əvvəl elə bildilər ki, bu düşmən gəmisidir, lakin dor ağaclarını və bayraqları tapmayıb onu balinaya oxşatdılar. Axırda dalğalar naməlum əşyanı sahilə atdı və uşaqlar onu yosun və meduzalardan, dənizin zir-zibilindən təmizləyib görüdülər ki, bu insan cəsədidir.

Son yarpaq

Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır. Qoca rəssam bu sərsəm fikiri axmaqlıq adlandıraraq:

Milad hədiyyəsi

Сəmi bir dollar səksən yeddi senti var idi; nə bir sent əskik, nə də bir sent artıq!.. Bunun da altmış senti pennidən ibarət xırda-xuruş idi. Bu penniləri bir-bir, baqqal, qəssab, meyvəsatanla çəkişə-çəkişə bazarlıq edərək, hər dəfə satıcıların onu xəsis və bu kimi adlarla adlandırmasından utanıb pörtüb yığmışdı. Della pulları üç dəfə saydı. Bir dollar səksən yeddi sent. Cəmi bu qədər!