Qayçı

Gülcahan bilirdi ki, axırda qayçı tapılmasa, evdə bir qiyamət qopacaq və nəticədə Məşədi Salman acığını Gülcahanın kürəklərindən çıxarmaq.

Şlyapalı mauqli

Salam Qədirzadə əsərləri gənclər arasında ən çox oxunan müəlliflərdən biridir. Onun “Sevdasız aylar” povesti yüksək tirajla dərc olunan kitablar sırasındadır. “Şlyapalı Mauqli” adlı bu kitaba isə, yazıçının “Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Bığ”, “Evlənəndə tələsməyin”, “Göz-bağlıca”, “Telefon” kimi hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu müəllifi həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və düşdükləri gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaq.

Qatarda

Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi. Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: «Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır ha…» Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın, çəksin, yan-yörəyə gözləri dolusu baxsın…

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi.

Cocuk

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.