Qorio ata - III HİSSƏ

"Qorio ata" romanı dünya ədabiyyatının əsas sütunlarından sayılır. Əsər yazıldığı dövrdən bəri aktuallığını saxlamış və Balzaka dünya ədəbiyyatında ölümsüzlük qazandırmışdır. Qərb filioloqları "Qorio ata"nı yeni dövrün İsası hesab edirlər. Balzak "Qorio ata" romanında qaldırdığı mövzularla zamanın sərhədlərini aşmağı bacardı. 1834-cü ildə yazılmış “Qorio ata” fransız ədəbiyyatının ilk realist romanı da sayılır. Buna görə də Balzak romanı yazarkən həmin dövrdə baş verən hadisələri, Parisi və orda yaşayan insanları olduğu kimi təsvir etməyə çalışmışdır. Romanın dili olduqca axıcıdır. Əsər iki qızını ifrat dərəcədə sevən atanının faciəsi haqdadır. "Mən qızlarımı tanrının dünyanı sevdiyindən daha çox sevirəm", - deyir Qorio ata. Arvadını erkən itirdikdən sonra Qorio ata bir daha heç evlənməmiş, bütün həyatını,sevgisini iki qızına həsr etmişdir. Onda atalıq hissi çılğınlıq dərəcəsindədir. Keçmişində yoxsul bir fəhlə olan, sonradan isə varlı fabrikanta çevrilmiş Qorio ata qızlarını hər cür təmin edir, onlar üçün xüsusi tərbiyəçilər, qulluqçular tutur, onları yüksək cəmiyyətin tələblərinə uyğun böyüdür. Qızları evlənmək yaşına çatdıqda isə onlara bu məsələdə sərbəstlik verir.