Görmə imkanları məhdud uşaqlarla bağlı sosial xidmət sahəsində dövlət sifarişinin icrasına başlanılıb
Görmə imkanları məhdud uşaqlarla bağlı sosial xidmət sahəsində dövlət sifarişinin icrasına başlanılıb
Belə bir həssas mövzu üzrə dövlət sifarişinin verilməsində əsas məqsəd “Danışan kitablar” devizi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış kitabları tanınmış aktyorlar vasitəsi ilə səsləndirilməklə görmə imkanları məhdud uşaqların pulsuz olaraq telefon, musiqi oxudan, televizor və.s bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir, roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləməklərinə və dinləyərək öyrənməklərinə şərait yaratmaq, cəmiyyətə inteqrasiyalarının təmin olunmasına köməklik göstərməkdir.
Bu sahədə həyata keçiriləcək fəaliyyət çərçivəsində görmə imkanları məhdud uşaqların ehtiyacları əsasında Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri səsləndiriləcəkdir.
Artıq bununla bağlı ilkin işlər görülmüş, fəaliyyət proqramına uyğun olaraq avadanlıqlar seçilərək alınmış və onların quraşdırılması həyata keçirilmişdir.