Kitabları ölkəmizin görkəmli şəxsləri səsləndirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı sosial xidmət sahəsində dövlət sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən icra edilən “Danışan kitablar” devizi ilə həyata keçirilən layihəçərçivəsində kitablar, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətova, “Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımov tərəfindən 30 kitab səsləndirilmişdir.