İngilis yazıçısı Devid Almond yeniyetmələr haqqında bir-birindən maraqlı əsərlərin müəllifidir. Hazırda uşaqlığının keçdiyi qəsəbənin yaxınlığında ailəsi ilə birgə yaşayan Almond dünya uşaq ədəbiyyatının ən nüfuzlu mükafatına – “Andersen” mükafatına layiq görülüb. “Dünya sehrli bir yerdir”, “Alovlar arasında”, “Aya dırmaşan uşaq” kimi əsərlərin müəllifi olan yazıçıya ən böyük şöhrəti isə indi əlinizdə tutduğunuz bu kitab – “Skelliq” romanı gətirib. 1998-ci ildə işıq üzü görən əsər indiyədək bir çox dillərə tərcümə olunub, müəllifinə isə bir çox mükafatlar qazandırıb. Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə maraqla oxunan roman artıq dünya uşaq ədəbiyyatının incilərindən sayılır. “Skelliq”in motivləri əsasında bədii film çəkilib, həmçinin tamaşa və opera hazırlanıb.
SON HEKAYƏLƏR
Üç adamın qırmızı günü
Təqvimlərdə bayramların rəmzinə çevrilmiş al qırmızı rəngləri, həm ellərin-obaların arzularının açılmış al qönçələrinə, həm də bayram mərasimlərində boyanan yumurtaların cücələrinə də bənzətmək olar. Amma adamların özlərinin də yaşadıqları ömürdə öz bayramları olur ki, bir tək onların ürəyindən tikan çıxarıb varlıqlarını zəfərlərinin al qırmızısına boyayır. Bəndələrinin sayına görə ellərin, ömürlərinin illərinə görə bəndələrin bayramları barmaqla sayıla biləcək qədər az olduğundan, təbiət də onların rəmzinə çevrilmiş al qırmızının ən təbii rəngini öz nadir daşlarından birinə bəxş etmişdi, - yaquta.
7. Vətən müharibəsi
2021-2022-ci tədris ilindən ümumi təhsil müəssisələrində "Zəfər tarixi" tədris olunur. Kursun tədrisində əsas məqsəd şanlı ordumuzun qazandığı zəfərin tarixi əhəmiyyətini vurğulamaq, şagirdlərimizin milli-mənəvi dəyərlərə malik vətənpərvər ruhda yetişmələrinə yardımçı olmaqdır. Dərs vəsaitində Ermənistan-Azərbaycan münaqişəsinin baş verməsi, azərbaycanlı əhalinin soyqırımına məruz qalması, Qarabağın dağlıq hissəsinin və ona bitişik ərazilərin Ermənistanın təcavüzü nəticəsində işğal olunması, atəşkəs rejimi, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılması, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində gördüyü böyük işlər, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad olunmasında göstərdiyi müstəsna xidmətləri diqqət mərkəzində saxlanılmışdır.
"Bembi - meşə nağılı"
Feliks Salten Avstriya yazıçısı, tanınmış uşaq yazarıdır. Bir çox pyes, roman, hekayə qələmə alıb. Teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu məqalələr yazıb. Heyvanlar haqqında yazdığı kitablarla uşaqların sevgisini qazanıb. O özü mahir ovçu olub. Bir ovçu kimi apardığı müşahidələr sayəsində əsərlərində heyvanlar aləmini gözəl təsvir edə bilib. O, heyvanların həyatını öyrənmək üçün çoxlu səfərlərə çıxıb. Hətta evində müxtəlif heyvanlar saxlayıb. Onun heyvanlar haqqında yazdığı “Bembi” adlı nağıl-roman çox keçmədən uşaqların sevimli kitabına çevrilib. 1924-cü ildə ilk dəfə çap olunan “Bembi” sonralar bir çox dillərdə və ölkələrdə işıq üzü görüb.
Nalayiq lətifə
1862-ci ildə dərc olunan “Nalayiq məzəli əhvalat” Dostoyevskinin satirik üslubda yazılmış əsəridir. Əsər dövlət müşaviri, 43 yaşlı general İvan İliç Pralinskinin “humanizm” göstərmək ideyası ilə öz işçisinin toyuna gəlməsindən və bu “humanizm”in onu necə rüsvay edərək gülünc vəziyyətə salmasından bəhs edir. Əsərdə eyni zamanda Pseldonimovun timsalında “kiçik adam”ların həyat şəraiti, toy atmosferi və Peterburqun “alt” təbəqəsinin yaşam tərzi acınacaqlı və dəhşətli tərzdə böyük ustalıqla ifşa olunur.
Xəbərlər
27 iyun Təqdimatı barəsində publika.az saytında yazılmış xəbər.
Tədbiri işıqlandırdığına görə təşəkkür edirik. https://publika.az/news/nida_xeber/283092.html
Daha ətraflısosial.gov.az
Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub
27.06.2019 15:36
Kitabları ölkəmizin görkəmli şəxsləri səsləndirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı sosial xidmət sahəsində dövlət sifarişi ilə “Ailə” Sosial...
Daha ətraflı