Bir cüt ev ayaqqabısı

Biri var idi, biri yox idi, bir cüt geyilib köhnəlmiş ev ayaqqabısı var idi: kişi-ayaqqabı və arvad-ayaqqabı. Əgər bu ayaqqabılara diqqətlə baxsa idiniz o saat aralarında olan fərqi görərdiniz: sağ ayağın ayaqqabısı sol ayağın ayaqqabısına nisbətən enli və böyük idi. Bu da aydındır: axı ayaqqabının sol tayı arvad, sağ tayı kişi idi. Bu ayaqqabılar öküz dərisindən tikilmişdi, özü də Lombok adasında yerləşən Sasak məmləkətinin padşahı olan racənin idi. Racə bu ayaqqabıları çox istəyirdi, ona görə də bunları hər gün – səhərdən axşamacan ayağından çıxarmazdı. Yatanda isə ayaqqabıları həmişə götürüb rəfin üstünə qoyurdu. Racə təmizliyi və səliqəli olmağı çox sevirdi.