Çanaqlı bağa

Bir dəfə Çanaqlıbağa – Baba Fekran dayının yolu paxla tarlasından düşmüşdü, o, bir qıça kəsib arvadı Qurbağa üçün apardı. – Bilirsən nə var, ay Qurqur xanım, – deyə arvadından xahiş elədi, – gəlsənə, axşama mənim üçün paxla bişirəsən. – Sənin keçəl başın üçün, bilməmişdim! – deyə arvadı Qurbağa cavab verdi. – Hansı qurbağa paxla yeyir ki, mən də yeyim? Qıçanı da götür, hansı cəhənnəmə istəyirsən get! Əlac nədir ki!? Çanaqlıbağa paxla qıçasını götürüb baş aldı getdi. Utandığından bilmirdi ki, özünü hara salsın. Şəhərə gedən yolun qırağında əyləşib dərdə-qəmə batmışdı.