Ceyran

De, yolun düşdümü Muğan düzünə? Piyada gəzdinmi çölləri sən də’? Söz qoşub ceyranın qara gözünə, Dincini aldınmı bir göy çəməndə? Yerdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran?