İncimiş pişik

Günlərin birində Qoca, bir neçə dənə çolpa alıb evinə gətirdi və Qarısına tapşırdı ki, çığırtma bişirsin. Qarı da çolpaları bişirib, hamısını özü yedi. Kişi evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Pişik də bunu eşitdi, acıq eləyib çıxdı artırmaya. Artırma gördü ki, Pişik qaş-qabaqlı oturub, soruşdu: – Pişik, sənə nə olub, burnunu niyə sallamısan? – Qoca bir neçə çolpa almışdı, – deyə Pişik cavab verdi, – gətirib Qarısına verdi. Qarı da bişirib, hamısını özü yedi, Qoca evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Bəs burnumu sallamayım nə eləyim? – Onda mən də uçulub dağılaram, – deyə Artırma cavab verdi.