Uzunboyun xala

Biri var idi, biri yox idi. Bir zərgər var idi. Onun arvadının bircə qırıq da ağlı yox idi, ancaq gicliyi var idi ki, tez-tez kişinin başına olmazın iş gətirərdi. Günlərin birində usta, bazara gedib bir qucaq pambıq aldı, gətirib arvadına verərək dedi: – Bunu əyir sap elə. – Bunu necə eləyirlər? Mənim heç yadıma düşmür ki, pambığı necə əyirirlər! – deyə arvadı səsləndi. Usta təəccübləndi: – Bəs sənin yadına düşməmiş, kimin yadına düşəcək? – Nə bilim? – deyə arvadı cavab verib öz işinə məşğul oldu.