Ana və poçtalyon

Dörd ay vardı, ananın gözləri yol çəkirdi, Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Sorurdu: “Balam hanı?” hər cəbhədən gələndən Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.