Usta Zeynal

Hekayənin çox sadə bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlərinə gəlir. Onun evində böyük canlanma və həyәcan vardır. Hamıdan çox ev sahibi narahatdır. Düzdür, qonaqları qəbul etmək üçün onun evində hər şey hazırdır, otaqlar təmizdir və onların hamısı yenicə sahmana salınmışdır, lakin bədbəxtlikdən bir neçə gün bundan əvvəl çox şiddətli yağan yağışdan sonra zalın səqfinin bir tərəfindən su axmış və səqf uçulub tökülmüşdür. Oğlu gələnə qədər səqfin uçan yerini suvayıb düzəltmək lazımdır. Oğlu isə alınmış teleqrafa görə iki gündən sonra gəlməli idi. Bədbəxtlikdən Muğdusi Akopun tanışı, bənna Usta Cəfər bu vaxt başqa yerdə işləyirdi. Onda o, öz dostu Hacı Rəsulun məsləhəti ilə İrandan gəlmiş Usta Zeynal adlı birisini işləməyə götürür. Öz vətəninin həqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam əksini təşkil edir.