Yeddi qardaşlar

Biri var idi, biri yox idi. Bir ayı, günü keçmiş kişi var idi. Bir arvadı var idi. Bunların yeddi oğlanları var idi. Amma heç qız uşaqları yox idi. Yeddi qardaşlar bir bacıları olmadığından çox qəmgin idilər. Bir gün yeddi qardaşlar analarına dedilər: – Ay analı, bacı çox istiqanlı olur, deyirlər. Hayıf ki, bizim bircə bacımız yoxdur. İndi ki bacımız yoxdur, biz gedirik uzaqdakı Ballı dağa ovçuluğa. O vaxta kimi gəlmiyəcəyik ki, sənin uşağın olsun. Ay ana, havaxt oğlun olsa qapıya ox as, ondan da o yana gedək, daha gəlməyək. Ha vaxt qızın olsa, qapıya ələk as. Gələk evə.