Zırrama

Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən: — Molla əmi, yəqin ki, məni tanımırsan? Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. — Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, hacı Novruz ağanı tanımırsan? Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? –