46 - cı ilin oyunları

Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başı aşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri – nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək istəyirdi. İki yol vardı: ya əsirlik, ya da ölüm. Düşmən xəbərdarlıq etmişdi ki, təslim olmasalar atom bombası atacaq. Onların isə atom bombası yox idi. Yadlarından çıxarıb evdə qoymuşdular. Siyavuşun, Kərimin və Nazimin anası Səkinə elə buradaca – səngərdə oturmuşdu. O, qucağına sıxdığı balaca bir kuklaya – üç qardaşın bircə bacısı körpə Gülzara layla çalırdı: