Artıq adamın gündəliyi

Bizə çox da yad olmayan rus ədəbiyyatı özün­də “artıq adam”ın bütöv nəslinin izlərini da­şımaqdadır: Puşkinin Yevgeni Onegini, Ler­mon­­tovun Peçarini, Qonçarovun Oblomovu, Tur­genevin Bazarovu və nəhayət ən amansız ifa­­dəsiylə Dostoyevskinin adsız yeraltı adamı. “Ar­tıq adam”lar, bizə içimizdəki ziddiyyəti xatır­ladır. Onlar dövrlərinin, nə edəcəyini bilmədən çaşıb qalmış qeyri-qanuni övladları, həyatı seyr etməklə kifayətlənib hərəkətə keçməyən, lakin bəlkə də seyr edə-edə yola çıxan qəzəbli anti­qəh­rəmanlarıdır. Beləliklə, Turgenyev, “Artıq adamın gündəliyi”ndə bizi ziddiyyətli xarakterlərin doğuluşuna (kökünə) aparıb çıxarır.