Ana canavarla balaları acından dişlərini qıcayıb, bir-birini didişdirəndə, bunu görən ata canavar, sizcə, nə edər? Mən deyirəm ki, o, yuvasından çıxıb yem axtarmağa yollanar və ola bilsin ki, çarəsizlikdən kəndə enib evlərdən birinə soxular. Kəndlilər də bu vaxt onu öldürsələr, haqlıdırlar. Lakin axı canavar da evlərə soxulub onları parçalasa haqlıdır. Deməli, canavar da, adamlar da haqlıdır və bu işdə heç kimi təqsirləndirmək olmaz. Amma haqdan ölüm doğur. Həmin qış mənim güzəranım elə canavar güzəranı kimi bir şeydi, daha doğrusu, elə əsl canavar kimi dolanırdım. Ev əvəzinə, aşağıda, Monte Maryonun altında bir kahada, xaraba qazıntı yerlərindən birində yaşayırdım. Orada xeyli kaha vardı, amma əksəriyyətini böyürtkən kolları basmışdı. Təkcə ikisi yaşayış üçün əlverişli idi. Bir mənimki, bir də gah dilənməklə, gah da cın-cındır yığmaqla dolanın Puliti adlı qocanınkı. Dağın ətəyindəki bu çılpaq yerin torpağı sarı, kahaların girəcəyi hisdən qapqara idi. Pulitinin kahasının qabağında həmişə cır-cındır topası olardı. O da bunların içərisində eşələnərdi. Mənim kahamın önündə isə bir benzin çəni vardı. Biz ordakı benzindən yanacaq kimi istifadə edirdik.
Kateqoriyalar
- Xalq nağılları
- Xarici nağıllar
- Azərbaycan yazıçılarının hekayələri
- Dünya yazıçılarının hekayələri
-
Dərsliklər
- VI sinif "Coğrafiya" dərsliyi
- II sinif üçün "Azərbaycan dili" dərsliyi
- VI sinif "Ümumi tarix" dərsliyi
- VI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Ədəbiyyat" dərsliyi
- V sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- III üçün "Həyat bilgisi" dərsliyi
- V sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- VIII sinif üçün "Ədəbiyyat" dərsliyi
- IV sinif üçün "Həyat bilgisi" dərsliyi
- VII sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- I sinif üçün "Azərbaycan dili" dərsliyi
- V sinif üçün "Həyat bilgisi" dərsliyi
- VIII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Ədəbiyyat" dərsliyi
- XI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- X sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Həyat bilgisi" dərsliyi
- IX sinif üçün "Zəfər tarixi" dərsliyi
- V sinif üçün "Musiqi" dərsliyi
- VI sinif üçün "Ümumi Tarix" dərsliyi
- Şeirlər
- Qanunlar
- Romanlar
- Motivasiya
- Müxtəlif kitablar
- Şeir kitabları