Yağış adam - I HİSSƏ

Süjet gənc və maddiyyata önəm verən Çarlinin ətrafında cərəyan edir. Atası vəfat etdikdən sonra o, böyük miras gözləyir. Lakin öyrənir ki, bütün sərvət indiyədək varlığından xəbərsiz olduğu autizmli qardaşı Reymonda qalıb. Çarli əvvəlcə mirasın bir hissəsini əldə etmək məqsədilə qardaşını özü ilə aparır. Səyahət zamanı isə Reymondun qeyri-adi yaddaşı və riyazi bacarıqları ilə tanış olur, onu daha yaxından tanıyır və aralarında qardaşlıq bağı yaranır. Nəticədə Çarlinin həyata və insanlara baxışı dəyişir.