Sabaha bir gün qalmış

Xə­bər əlüs­tü ya­yıl­dı; ki­mi de­di te­leq­ram gə­lib, kimi de­di səh­vin var, zəng vu­rub­lar. Ki­mə gə­lib, kim da­nı­şıb, kim­nən da­nı­şıb - bir bu­nu so­ru­şan yox idi. Ka­rıx­maq­dan, öz­lə­ri­ni itir­mək­də­niy­di. Bil­mir­di­lər ha­ra get­sin­lər, ge­dib ney­lə­sin­lər. İn­di elə bi­lə­sən, bü­tün kənd bir ca­nıy­dı, bir adam idi - bu adam da yüz yo­lun bir ay­rı­cın­da qal­mış­dı, elə bi­lə­sən üst­dən sel gə­lir­di, onu haq­la­yır­dı. Bu adam da qa­çar­dı, sel­dən so­vu­şa bi­lər­di, an­caq otu­rub fi­kir­lə­şir­di ki, mə­ni apar­sa, da­şa çırp­ma­sa, bo­ğul­ma­sam, se­lin əlin­dən ha­yan­da qur­ta­ra­ram, qur­ta­rıb ney­lə­yə­rəm. Yox, heç kim ya­lan­dan bu cür söz bə­zə­mə­di. Səi­din öl­mə­yi, yə­qin ki, düz idi. Kənd­dən o boy­da pro­fes­sor çı­xa, on­dan da be­lə xə­bər gə­lə-bu­nun dəh­şə­ti, va­hi­mə­si, tək­ba­şı­na çə­kil­məz ağ­rı­sı ev-ev, qa­pı-qa­pı ha­mı­nı bir ye­rə yığ­dı. Ne­çə il­lə­rin in­cik­li­yi, Səi­din bur­dan çı­xa­lı kən­də dön­mə­mə­yi­nin qəl­bə dəy­mə­si, göy­nət­mə­si, çox şey, elə bil, ol­ma­mış­dı. Gö­rə­sən, doğ­ru­dan­mı, Sə­id ölüm aya­ğın­da nə­yi­sə ya­dı­na sal­mış­dı, de­miş­di ki, onu bur­da-kənd­də bas­dır­sın­lar?