Billikok təpəsinin sirri

Azərbaycanda ilk dəfə nəşr olunan «Möhtəşəm beşlik» seriyası Enid Blaytona dünya şöhrəti qazandırıb. Seriyaya daxil olan bu kitabda dörd uşaq və onların sevimli köpəyi növbəti yay tətilini Billikok təpəsində qurduqları düşərgədə keçirmək qərarına gəlir. Lakin yenə də qeyri-adi hadisələrin iştirakçısına çevrilirlər. Təpənin yaxınlığındakı hərbi aerodromdan iki təyyarə qaçırılır. Bu çox təhlükəlidir: çünki dövlətin sirləri düşmən ölkənin əlinə keçə bilər. Bəs təyyarələri qaçıranlar kimlərdir? «Möhtəşəm beşlik» həmin suala cavab axtarmağa başlayır...