Xöşbəxtliyin dəyəri

Qulluqçu Anisi otağa ötürdü. Həmişə olduğu kimi, azyaşlı şagirdi Toto artıq onu orada gözləməliydi. Lakin otaqda heç kəs gözə dəymirdi. Anis kresloya çöküb divardan asılmış rəsmlərə baxdı. Bura gəldiyi on gün ərzində Toto ilk dəfə idi dərsə gecikirdi. Müəllim qulluqçunu səsləməyə hazırlaşırdı, elə bu vaxt qapı arxasından yüngül addım səsləri eşitdi. Qoltuğunda kitablar, əlində dəftər tutmuş oğlan otağa girdi. Anis ciddi, məzəmmət dolu nəzərlərlə oğlana baxanda yanaqlarındakı göz yaşlarını gördü, oğlanın çənəsi həyəcandan əsirdi. - Nə olub sənə - narahatlıqla soruşdu. Sanki bu sual sel qarşısını kəsən bəndi vurub dağıtdı, uşaq hisslərini boğa bilmədi. Göz yaşları yenidən yanaqlarını islatdı.