Xrizantemlər

Con Steynbekin məşhur əsəri füsunkar Kaliforniya vadisində, təsərrüfatla məşğul olan gənc və enerjili bir qadının – Elisa Allenin daxili dünyasından bəhs edir. Həyat yoldaşı ilə sakit, lakin monoton bir ömür sürən Elisanın ən böyük ehtiras və sevgi mənbəyi öz bağçasında xüsusi qayğı ilə yetişdirdiyi xrizantem gülləridir. Günlərin bir günü onların evinə qazan-qab təmir edən, səyyar bir səyahətçi gəlir. Bu naməlum şəxs Elisanın yetişdirdiyi xrizantemlərə böyük maraq və heyranlıq göstərir, qadın isə öz növbəsində onun bu marağını daxili dünyasının anlanması və ruhunun kəşf edilməsi kimi qəbul edir. Elisa böyük bir sevinclə ən gözəl güllərini bəsləyib böyütməsi üçün ona hədiyyə edir. Lakin həmin axşam həyat yoldaşı ilə şəhərə gedərkən, Elisa yolda səyyar satıcının gülləri rəhmisizcəsinə kənara atdığını, sadəcə dibçəyi özünə götürdüyünü görür. Bu mənzərə qadının incə duyğularına, daxili arzu və ümidlərinə böyük bir zərbə vurur, insan münasibətlərindəki səmimiyyətsizliyi və daxili tənhalığı dərindən hiss etməsinə səbəb olur.