Amerikalı ər

Cəlal Alə Əhmədin "Amerikalı ər" hekayəsi, müəllifin məşhur "Qərbə vurğunluq" nəzəriyyəsini dramatik bir dillə əks etdirən, 1950–1960-cı illər İrandakı mədəni özgələşməni tənqid edən sosial-psixoloji əsərdir.Bütünlüklə iranlı bir qadının daxili monoloqu üzərində qurulan hekayədə, baş qəhrəman amerikalı bir müəllimlə evlənib boşanmasından və bu müddətdə keçirdiyi mənəvi böhrandan bəhs edir. Ənənəvi orta təbəqəli ailədən çıxan qadın, ərinə xoş gəlmək üçün öz milli-mənəvi dəyərlərindən uzaqlaşaraq Qərb tipli həyat tərzini kor-koranə təqlid etməyə başlayır. Lakin sonradan öyrənir ki, ərinin əsl peşəsi heç də müəllimlik deyil, Vyetnam müharibəsində həlak olan amerikalı əsgərlərin cəsədlərini basdırmaq missiyasıdır. Bu vahiməli sirrin açılması və qadının keçirdiyi dərin iyrənclik hissi evliliyin boşanma ilə bitməsinə səbəb olur.