Bir damla su

Bapbalaca damla buludların arasından yerə boylandı: - Ay aman, bu nə gözəllikdir?! - Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! - Bulud gülümsündü. - Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı. - Bəs okeanlar, dənizlər, çaylar, göllər? - Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən ki, deyirlər «Dama-dama göl olar»?