Tort

Günlərin bir günü Yer üzünü gəzməyə gəlmiş xeyirxah sehrbaz şəhərlərin birində olarkən bu şəhərin əhalisini sevindirməyi qərara aldı. Əhvalat belə oldu: Səhər tezdən yuxudan oyanan şəhər əhli çaşıb qaldı. Mərkəzi meydanın tən ortasında nəhəng bir tort qoyulmuşdu. Tort çox yekə, hündür və gözəl idi. Dərhal bütün şəhər əhalisi bura toplaşdı.