Nərminin gəzintisi

İyun ayı idi. Nərmin evdə çox darıxırdı. Məktəbdə dərslər də qurtarmışdı. Nərmin tez-tez Süsən nənəsinə sual verirdi: - Ay nənə, elə hey deyirsən, bizi Tofiq baba bağa gəzməyə aparacaq, amma aparıb çıxarmır.