Üç mirvari

Qədim zamanlarda Nardaran qalasının qırağında, Xəzər dənizinin axar-baxarında tikilmiş bir evdə Piri baba adlı qoca ilə onun nəvəsi Gülbala olurdu. Baba vənəvə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, meynələrin dibini belləyir, bostan becərir, pis-yaxşı dolanırdılar.