Çiçək dənizi

Gəzinti davam edirdi. İradə və İlkin hamıdan qabaqda gedirdilər. Çox keçmədi ki, onlar düzənliyə çıxdılar. Bəh-bəh, ətraf necə gözəl idi! Rəngbərəng çiçəklər elə bil bir-biri ilə yarışırdı.