Nəbi və Tahir

Bir kənddə Nəbi adlı igid bir oğlan yaşayırdı. Onun gözəl bir atı vardı. At Nəbiyə, Nəbi də ata yaraşırdı. Tahir adlı bir nəfər Nəbinin atını ələ keçirmək fikrinə düşmüşdü. Amma o bilirdi ki, atı Nəbinin əlindən zorla ala bilməz. Buna görə də hiyləyə əl atdı.