Xan çinarın yarpağı

Xan çinarın başı göyün bir qatındadır, kökləri ana torpağın qoynunda. Gün doğanda ilk işıltıları alnından öpər xan çinarın. Al şəfəqdə işım-işım işıldar xan çinarın yarpaqları. Quşlar yuva qurar, bala böyüdər xan çinarın qucağında.