Ağacı hündür-gövdəli, kol-kosu həyat sevdalı çaydır, axıb gedir, burulub uzanır payız dumanında itib-görünən obalara. Çay yatağına sığınan kənddir, balaca ee, bapbalaca. Kəndin aşağı başında evdir, damı salxaq, boyu alçaq, gözü qorxaq. Evdə dördcə adam: bir kişi, bir qadın; iki uşaq - biri oğlan, biri qız. Mən o kişidən, o qadından, o it küçükləri kimi şirin-sığallı uşaqlardan danışmaq istəyirəm. İbrahim müəllim evə fikirli gəlib. Qayğılıdır. Elə bil, hay-küylə içəri girib Muradı cırnadan, Məryəmin hörüklərini dartıb-dartışdıran o həmişəki adam qalıb çayın o tayında. Payız palçığına batan ayaqqabıları da bizim kənd müəlliminin kədərinə şərik: zəndlə baxsan, görərsən ki, bir cüt əzik tufli pilləkənin ayağında baş-başa verib qəmlənir.
Kateqoriyalar
- Xalq nağılları
- Xarici nağıllar
- Azərbaycan yazıçılarının hekayələri
- Dünya yazıçılarının hekayələri
-
Dərsliklər
- VI sinif "Coğrafiya" dərsliyi
- II sinif üçün "Azərbaycan dili" dərsliyi
- VI sinif "Ümumi tarix" dərsliyi
- VI sinif üçün "Ədəbiyyat" dərsliyi
- VII sinif üçün "Ədəbiyyat" dərsliyi
- V sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- III üçün "Həyat bilgisi" dərsliyi
- V sinif üçün "Ədəbiyyat" dərsliyi
- VI sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- VIII sinif üçün "Ədəbiyyat" dərsliyi
- IV sinif üçün "Həyat bilgisi" dərsliyi
- VII sinif üçün "Azərbaycan tarixi" dərsliyi
- I sinif üçün "Azərbaycan dili" dərsliyi
- V sinif üçün "Həyat bilgisi" dərsliyi
- VIII sinif üçün "Həyat bilgisi" dərsliyi
- Şeirlər
- Qanunlar
- Romanlar
- Motivasiya
- Müxtəlif kitablar
- Şeir kitabları