Divar

Fransız filosofu, yazıçı, dramaturq, esseist, pedaqoq, ateistik ekzistensializmin nümayəndəsi Jan-Pol Şarl Emar Sartr 1905-ci ilin 21 iyununda Parisdə anadan olub. İlk təhsilini La-Roşeli liseyində alıb, Parisdə fəlsəfə üzrə dissertasiya müdafiə etmək üçün ali məktəb bitirib, Fransanın müxtəlif liseylərində və Berlində fəlsəfə dərsi deyib. Hələ tələbə vaxtı Simona de Bovuar ilə tanış olub və bu tanışlaq onun həyat yolunu müyyən etməkdə böyük rol oynayıb. Fransa müstəmləkəsində olan Əlcəzairin azadlığı və müstəqilliyi yolunda mübarizəyə qalxıb, xalqların azadlığını dəstəkləyib. Bu fəaliyyətinə görə millətçilər onun Parisdəki evini iki dəfə partlatmağa cəhd ediblər, mllətçi-yaraqlılar onun da çalışdığı "Yeni zaman" dərgisinin redaksiyasını beş dəfə ələ keçiriblər.