Öküz

Çinli yazıçı Guan Moye Mo Yan təxəllüsü ilə tanınır. Təxəllüsün mənası çin dilindən “Danışma” deməkdir. Yazıçı karyerasına Çinin islahatlar dövründə Çin dilində nəşr etdirdiyi onlarla qısa hekayə və romanlar yazmaqla başlayıb. Mo Yanın əsərləri “qara yumor”dan ibarət tarixi epik romanlardır. Mo Yan 2012-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.