Günəbaxan zəmisindəki günəbaxmayan

İcazə verin, başımı aşağı sallayım Unudulum hamınızın yerinə. İcazə verin, sizi atıb getmiş sevgiliniz olum Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum Qazanıb itirdiyiniz pulunuz olum. İcazə verin, hər şeyiniz, hamınız olum, Günəşə yaltaqlanan kölgəniz olum. İcazə verin, mən də bir az siz olum.