Kəkilli Rike

Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur.