Gürcü familiyası

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir. Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı. Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm? Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim. ....