Yuxu

Sizə bir yuxu danışmaq istəyirəm. Şirin yuxu. Həm də zəhər kimi acı…şirin yuxu. Arif qapının astaca örtülməsi səsindən göz qapaqlarını araladı, yavaş-yavaş yerindən qalxıb qapıya yaxınlaşdı. Bir əli ilə qapını açdı. Oğlu Orxan qapıdan 4-5 metr aralıda əyilərək telefon işığında yerdə otların arasında nəsə axtarırdı. Arif bir anlıq duruxduqdan sonar anladı ki, oğlu cibindən götürdüyü qəpik-quruşu əlindən salıb itirib, indi onu axtarır…