Şəhidlik zirvəsi

Acı xəbəri səhər vaxtı keçmişdə yaşadıqları məhəllədən zəng vurub çatdırdılar. Özü xahiş etmişdi, o məhəllədəki rəfiqəsindən. Yalvarmışdı ki, Talehdən bir xəbər olsa, təcili, dərhal ona xəbər etsinlər: Talehin nəşi tapılmış, şəhid olması müəyyən edilmişdi. Eşitdiyi an həm kədər yığılıb boğazına dolub nəfəsini kəsmiş, göz yaşlarını saxlaya bilməmişdi, həm də sevinmişdi, iki aydan çox çəkən üzücü qeyri-müəyyənliyin bitməsinə…