Zəfər

Günəş öz şəfəqlərini yenicə yer üzünə saçmağa başlamışdı...Arabir həzin-həzin əsən səhər mehinin ətrafa yaydığı səs insanı vəhdətə gətirir, yarpaqların xışıltısının yaratdığı əsrarəngiz hənirti sübh yuxusuna daha da şirinlik qatırdı...Pal-paltarını yığışdırıb pəncərəsindən bu füsunkar təbiət gözəlliyinə baxan Cəsurun fikri ön cəbhədə-müharibədə idi...O gecələr yatmayaraq düşünür,düşünür, götür-qoy edir,bir qərara gələ bilmirdi...“Müharibəyə gedib son qanı bahasına qədər vuruşmaq...Ya da burada qalıb xəstə valideynlərinə baxmaq”. Bu zaman anası Minayə xala qapını açıb onun yanına gəldi...