Gopçu Mahir

Gecə saat üçdə telefon zənginə ayıldım. Tanımadığım nömrədən zəng gəlir. Müharibənin başladığı bu bir həftədə hər telefon zənginə belə diksinirəm. Niyə? Axı orada mənim yaxınım yoxdur. Kimin xəbərini deyəcəklər ki? Qorxa-qorxa cavab verirəm. Tanış səsdir: - Qaqa, mənəm. Mahir. - Gopçu? - Yox, bu dəfə topçu. Tap görüm, haradayam indi? - Haradasan ki? - Qarabağda. Döyüşdə.