Talış

Atam tək qalmışdı. Bu dünyada ən yaxın sirdaşın – arvadının ondan üz döndərməsinə pisikmişdi. Dava-mərəkə uzun çəkdi, o, həyasız tayfayla (özü belə deyirdi) bacarmayacağını görüb, məni yanına çağırdı, bir əlcə uşağın eşitməyəcəyi sözlər dedi: “Bala, anangil məni evdən qovur, mən gedirəm bacımın evinə, məni bağışla!” Düşünmədən dedim: “Mən də səninlə gələcəm!”