Dünyanın ən gözəl ölüsü

Uşaqlar sahilə sarı qaramtıl, naməlum bir şeyin yaxınlaşdığını görəndə əvvəl elə bildilər ki, bu düşmən gəmisidir, lakin dor ağaclarını və bayraqları tapmayıb onu balinaya oxşatdılar. Axırda dalğalar naməlum əşyanı sahilə atdı və uşaqlar onu yosun və meduzalardan, dənizin zir-zibilindən təmizləyib görüdülər ki, bu insan cəsədidir.