"Bloknotlu" və "Bloknotsuz" mollalar

Keçmişdə kəndlərdə savadlı adamlar mollalıq eləyərdilər. İndi savadsızlar başlarına əmmamə qoyub, çiyinlərinə əba salıb, qiyafələrini dəyişib olurlar molla. Başlayırlar Xudavəndi-aləmin əmrini "yerinə yetirib" nəf toplamağa, külfət dolandırmağa. Özü də yaxşı bilirlər ki, indi məxluqatı aldadıb pul qazanmaq çox çətindir, odur ki, fikirləşib fırıldaq yollar tapırlar. Məsələn, Molla Məmmədhəsən kimi. Ona çox yerdə "bloknotlu molla" deyirlər. Kişi bu adı təsadüfi qazanmamışdır. Onu tez-tez şəhərin küçələrində boş-bekar gəzən görərsiniz.