Kirpi və Tülkü

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir çuxur qazıdı. Çuxur görünməsin deyə üstünü də çör- çöplə örtdü. Gecənin yarısı tülkü ilə kirpi yenə toyuq oğurlamaq üçün gəldilər. Gizlicə qapıya yaxınlaşmaq istəyərkən ikisi də çuxura düşdü.