Quşlar qayıtdısa

üstümə düşmüş əzrayıl kölgəsi qorxutdumu çırpıldı qübbəyə sabahın göyərçinləri artıq quşlara deyil yaşanmamış bir günün tarlasına səpiləsi bir ovuc dənin hesabı qaldı məndə Zahid Sarıtorpaq ...Usulluca örtsəm də, qapının paslanmış həncaması elə cırıldadı, ətim ürpəndi. Bir az eyvanda dayanıb göyə baxdım, “yağacaq” deyib elə qapıtəhər cırıldayan taxta pilləkənlə həyətə düşdüm. "Sənün də zayun çıxıb” – pilləkənə deyindim. Əvvəllər deyinməzdim, mismardan-zaddan tapıb ələngə pilləkənin əgər-əskiyin düzəldərdim. Deməli, mənim də zayım çıxıb...