Qayğıkeş külək

Biri vardı, biri yoxdu. Səma adında balaca bir qız vardı. O, lap kiçik yaşlarından ata-anasını Qarabağ müharibəsində itirmişdi. Buna görə də nənəsinin himayəsində yaşayırdı. Sənəm nənə doğma yurd, övlad itkisindən dərd içində idi. Getdikcə bu dərd qəriblikdə onun belini bükürdü. Sənəm nənəni bu həsrət daha da qocaltdı. Bir gün o da dünyasını dəyişdi. Səma lap yalqız qaldı. Hönkür-hönkür ağlamağa başladı. Bunu görən külək hay-harayla qızın yanına gəldi. Sakitləşib mehribanlıqla ondan soruşdu: - Niyə ağlayırsan, de görüm, sənin xətrinə kim dəyib? Səma küləyin qayğıkeşliyindən daha da kövrəldi. Sonra o, yavaş səslə dedi: - Bircə nənəm vardı. O da məni tək qoyub başqa dünyaya getdi...