Şuşanın ayaqları

Şəhid Analarına – Şəhid Analara ithaf olunur… - Ata, sənin ayaqların hanı? - Şuşaya vermişəm, oğlum. - Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb? - Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim. - Bəs Salman əminin qolları hanı? - O da qollarını verdi Şuşaya, oğlum. - Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi? - Hə, ağıllı balam. - İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var? - Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.